22 dekabr 2015 11:00
Orxan Sadıqlı da Xəzər Lənkərandan getdi
"Xəzər Lənkəran"ı daha bir aparıcı futbolçusu tərk edib. Azerisport.az xəbər verir ki, söhbət komandanın qapıçısı Orxan Sadıqlıdan gedir.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Artıq futbolçu azad agent statusu alıb və özünə yeni klub axtarır.
