21 dekabr 2015 19:40
Qarabağ Rahid Əmirquliyev ilə müqavilə imzaladı
"Qarabağ" qış fasiləsində ilk transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevlə müqavilə imzalayıb.
Onunla 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Əmirquliyev son illərdə "Xəzər Lənkəran"da çıxış edirdi.
