21 dekabr 2015 20:00
Vüqar Nadirov Qarabağa qayıdır?
"Qəbələ" ilə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov "Qarabağ"a qayıda bilər. Azerisport.az xəbər verir ki, o, 2014/15 mövsümünün sonunda bu klubdan ayrılmışdı.
"Xəzər Lənkəran"a keçən, amma FİFA-nın məlum sanksiyası səbəbindən bu komandada oynaya bilməyən futbolçu "Qəbələ"yə keçmişdi. Amma burada da baş məşqçi Roman Qriqorçuk onun xidmətində maraqlı olmadı. Bu üzdən də tərəflər yollarını ayırmağa qərar verdilər.
Nadirovun "Qarabağ"a keçməsi ehtimalı olsa da, klubdan bu məlumatı təsdiqləməyiblər.
