21 dekabr 2015 19:20
Neftçi baş məşqçi məsələsi ilə bağlı qərarını bu həftə verəcək
"Neftçi"nin Müşahidə Şurasının yenidən toplanacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun başbilənləri dekabrın 23-də bir araya gələcəklər.
Toplantının gedişində yeni baş məşqçi məsələsinə aydınlıq gətirilməsi gözlənilir.
