21 dekabr 2015 18:40
Neftçi Türkiyə toplanışında qarşılaşacağı üç rəqibini müəyyənləşdirib
"Neftçi" qış fasiləsi zamanı Türkiyədə təlim-məşq toplanışı keçəcək. Azerisport.az xəbər verir ki, artıq paytaxt klubunun qardaş ölkədə qarşılaşacağı üç rəqibin adı bəllidir.
Belə ki, bakılılar Rumıniyanın "Universitatya Krayova", Macarıstanın "Ferençvaroş" və Qazaxıstanın "Atırau" komandası ilə qarşılaşacaq.
"Ağ-qaralar" Türkiyədə ümumilikdə, dörd yoxlama matçı keçirəcək. Digər rəqibin kim olacağı isə hələlik, dəqiqləşməyib.
