21 dekabr 2015 16:30

Səlahət Ağayev: İnterdə qalmaq istərdim, amma başqa klubdan təklif var

"İnter"in qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Xəzər Lənkəran" üzərindəki qələbəni necə şərh edərdiniz?
- Oyunun çox da çətin keçdiyini deməzdim. "Xəzər Lənkəran"ın vəziyyəti hər kəsə yaxşı bəllidir. Vacib qələbə qazandıq və nəticə ikinci pilləyə yüksəldik.

- Amma sizi çox az adam indi ikinci pillədə görəcəyini düşünərdi...
- Mən özüm də iki dövrədən sonra ikinci olacağımızı düşünmürdüm. Hansı vəziyyətə düşdüyümüzü hamı yaxşı bilir. Belə bir vəziyyətdə ikinci olmaq çox yaxşıdır. Ümid edirəm ki, bu mövqeyimizi mövsümün sonunadək qoruyacağıq.

- Yəqin bilirsiniz ki, "İnter" UEFA tərəfindən cəzalansa, qarşıdakı üç mövsümdən birini avrokuboklarda oynaya bilməyəcəksiniz...
- Bəli, xəbərim var. Amma bunun baş verəcəyinə inanmıram. Fikrimcə, bu cəzadan qaça biləcəyik.

- Sizdə belə bir əminlik haradandır?
- Məndə olan məlumata görə, klub rəhbərliyi bu məsələ ilə ciddi məşğul olur. İnanmıram ki, belə bir klub avrokuboklardan kənarda qalsın.

- "İnter"lə müqavilənizin müddəti başa çatır. Nə etməyi düşünürsünüz?
- Yaxın 2-3 günə məlum olacaq. Variantlarım var.

- "Neftçi"dən təklif var?
- "Neftçi"nin mənimlə maraqlandığını eşitməmişəm. Premyer Liqanın başqa klubundan təklif almışam. Amma ad açıqlamaq istəmirəm.

- Deməli, "İnter"dən gedəcəksiniz?
- Baş məşqçi qalmağımı istəyir. Özüm də qalmaq istəyərdim. Hər şey mənə burada nə təklif olunacağından asılıdır.

- Manatın devalvasiyası Azərbaycan futboluna təsir edəcəkmi?
- Təbii ki, müsbət təsir etməyəcək. Kimlər maaşını dollarla alırsa, onlara sərf edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.