21 dekabr 2015 16:00
Əsgər Abdullayev: Neftçi futbolçuları mənim baş məşqçi postumda qalmağımı istəyir
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev komandadakı gələcək taleyi barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bildiyiniz kimi, rəhbərlik məni bu posta ilin sonunadək təyin etmişdi. Bu müddətdə çemionat və kubok çərçivəsində 7 oyun keçirdik, 4 qələbə qazandıq. Nəticə yaxşıdır, amma bundan da yaxşı ola bilərdi. Bilirəm ki, futbolçular yenə məni baş məşqçi postunda görmək istəyirlər. Buna görə onlara çox sağ ol deyirəm. Amma bu barədə qərarı rəhbərlik verəcək. Gözləyirik".
