21 dekabr 2015 15:00
Meza Kolli özünə yeni klub tapdı
"Qəbələ" ilə yollarını ayıran Derlis Meza Kolli dərhal özünə yeni klub tapıb. Azerisoprt.az xəbər verir ki, o, bundan sonra vətənində - Paraqvayın "Serro Portenye" klubunda çıxış edəcək.
Tərəflər artıq bütün məsələlərdə razılığa gəliblər. Sadəcə, münasibətləri rəsmiləşdirmək - müqaviləyə imza atmaq qalıb.
Qeyd edək ki, Derlis "Qəbələ"yə bu mövsümün əvvəlində keçmişdi. Amma tərəflər bir neçə gün öncə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
