21 dekabr 2015 14:30
İnter Verderlə oynayacaq
"İnter" qış fasiləsi zamanı Türkiyədə təlim-məşq toplanışı keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, artıq paytaxt klubu özünə sınaqçı-rəqib də tapıb.
Belə ki, "İnter" qardaş ölkədə dörd yoxlama matçı keçirməyi planlaşdırır ki, onlardan da biri Almaniyanın "Verder" klubuna qarşı olacaq.
Qeyd edək ki, Antalyaya yanvarın 4-də yollanacaq bakılılar orada 20 gün hazırlıq keçəcək.
