21 dekabr 2015 13:40
Neftçi qapıçısı ilə müqavilə yeniləməyəcək
"Neftçi" yayda heyətinə qatdığı qapıçısı Mixal Peskoviçlə əməkdaşlığı davam etdirmək istəmir. Azerisport.az xəbər verir ki, 33 yaşlı slovakiyalı qapıçı ilə yarım illik müqavilə imzalanmışdı.
Amma o, geridə qalan müddət ərzində komandaya faydalı ola bilmədiyi üçün klub rəhbərliyi futbolçudan imtina etməyə qərar verib. Onunla yeni müqavilə imzalanmayacaq və tərəflər tezliklə yollarını ayıracaqlar.
