21 dekabr 2015 12:40
Georgi Nikolov: İnteri tərk etməyə hazıram
"İnter"in prezidenti Georgi Nikolov klubdakı dəyişikliklərdən və gələcək planlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bank yenidən klubu sərəncamına götürüb. Tezliklə klubun yeni rəhbərliyi formalaşacaq. Müşahidə Şurası yaradılacaq və icraçı direktor vəzifəsi yaradılacaq. Məşqçilər korpusunda ciddi dəyişiklik barədə məlumatım yoxdur. Özümə gəlincə, mənim klubla müqaviləmin müddəti 2016-cı ilin yanvar ayının 117-də başa çatacaq. Sonra necə olacaq, bilmirəm. Yeni rəhbərliyin klubu inkişaf etdirmək üçün öz ideyaları olacaq. Mən qalıb, başladığım işi davam etdirmək istəyərdim. Amma məni artıq burada görmək istəməsələr, "İnter"i tərk etməyə də hazıram".
