21 dekabr 2015 11:20

Əfran İsmayılov: Əsas odur ki, Qarabağ hazırda birinci yerdədir

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Qarabağ" çoxsaylı qol imkanlarının yalnız birindən yararlana bildi. Niyə?
- Çətin oyun olacağını bilirdik. İki lider komandanın görüşü idi. Biz hücum edən tərəf idik. Amma yalnız matçın sonlarında bir qol vura bildik. Amma bir xal da yaxşı nəticədir. Nəzərə almaq lazımdır ki, hər iki komanda yorğun idi.

- Elə təəssürat yaranırdı ki, yorğunluqdan fasiləyə çıxmağı çox arzulayırsınız...
- Bəli, biz bu oyunu çox səbrsizliklə gözləyirdik. Çünki yaxşı nəticə qazanmaqla fasiləyə əla əhval-ruhiyyədə getmək istəyirdik.

- Qapınıza təyin olunan penalti barədə nə deyə bilərsiniz? Sizcə, hakim haqlı idi?
- Bəli, mən epizoda yaxın idim və yaxşı görürdüm. Təmiz penalti idi.

- "Qəbələ" ilə oyunda qol vursanız da, bütövlükdə komandanız yaratdığı qol vəziyyətlərini çox boşa verir. Bu, nə ilə əlaqədardır?
- Bunun nə ilə bağlı olduğunu baş məşqçimiz deyə bilər. Qurban Qurbanov nəyi necə etmək lazım olduğunu daha yaxşı bilir. Məşqlərdə də bunun üzərində çalışırıq. Amma nədənsə oyunlarda alınmır. Yanvarda təlim-məşq toplanışına gedəcəyik. Orada qol epizodlarından daha yaxşı yararlanmaqla bağlı çalışmaq imkanımız olacaq.

- "Qarabağ"ın son dövrlər qələbə qazana bilməməsi arxayınlıqdan irəli gəlmir ki?
- Arxayınlıq yoxdur. Əsas odur ki, xal qazanmağa davam edirik. Mümkündür ki, müəyyən eniş var. Uşaqlar yorulublar. Hər oyuna demək olar ki, oxşar heyətlə çıxırıqı. Bu amil öz sözünü deyir. Başqa heç bir səbəb ola bilməz.

- Azarkeşlər son dövrlər sizin oyununuzdan narazıdır...
- Ola bilər. Amma mən "Qarabağ"a faydalı olmaq üçün əlimdən gələni edirəm. Mən ilk növbədə komandaya və baş məşqçiyə faydalı olmağa çalışıram.

- "Qarabağ" bu il istədiklərinə nail ola bildi?
- Təəssüf ki, Avropa Liqasının pley-off mərhələsinə çıxa bilmədik. Amma əsas odur ki, çempionatda birinci yerdə gedirik. Bu tempdə də davam etməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.