21 dekabr 2015 00:20
Fariz Nəcəfov: Roman Qriqorçukun qarşısına maksimum vəzifələr qoyulub
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın baş məşqçisi Roman Qriqorçukla imzaladıqları yeni müqavilədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz Qriqorçukla 2017-ci ilin iyun ayına kimi müqavilə imzalamışıq. Onun qarşısına belə demək mümkünsə, maksimum vəzifələr qoyulub - ölkə çempionu olmaq və kuboku qazanmaq. Qriqorçuk ilk mövsümündəcə "Qəbələ"ni Avropa Liqasının qrup mərhələsinə çıxardı. Yeni mövsümdə onun bu nəticəni təkrarlayacağına ümid edirik. Baş məşqçi bizi başa düşür, biz də onu. Daha dəqiq desək, düşüncələrimiz eynidir. O, komandamıza nə lazım olduğunu bilir. Yanvar toplanışından etibarən bunları həyata keçirməyə çalışacağıq".
