20 dekabr 2015 21:00
Emil Balayevsiz Ayntraxt iki qolla qalib gəldi
Almaniya Bundesliqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "Verder"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 17 xalla 14-cü pillədə qərarlaşıb.
