20 dekabr 2015 20:45
Millimizin sabiq futbolçusu 90 dəqiqə oynadı
Türkiyə PTT 1-ci liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Girəsunspor" ilə qarşılaşıb. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb. O, 59-cu dəqiqədə sarı vərəqə almağa da imkan tapıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 23 xalla 9-cu pillədə qərarlaşıb.
