20 dekabr 2015 19:30
Qurbanov Reynaldonun yaşıl meydana qayıdacağı tarixi açıqladı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın braziliyalı hücumçusu Reynaldonun yaşıl meydana qayıdacağı tarixi açıqlayıb. Azerisport.az xəbər verir ki, artıq braziliyalı futbolçu vətənində fərdi məşqlərə start verib.
Qurbanovun sözlərinə görə, hücumçu yanvarın 15-dən etibarən Antalyada təlim-məşq toplanışına start verəcək komandasının hazırlığına qoşulacaq. Onun ümumi məşqlərdə iştirak etməsi gözlənilir.
