20 dekabr 2015 14:00
Rahid Əmirquliyev Qarabağı seçdi
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin yeni komandası müəyyənləşib. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"la yollarını ayırmağa qərar verən futbolçu bundan sonra "Qarabağ"ın şərəfini qoruyacaq.
O, artıq Ağdam klubu ilə bütün məsələlərdə razılığa gəlib. Tərəflərin 1+1 şərti ilə müqavilə imzalaması gözlənilir. Əmirquliyev yaxın günlərdə anlaşmaya imza atacaq və komandanın yanvar toplanışında iştirak edəcək.
