20 dekabr 2015 12:00

Şəhriyar Rəhimov: Qolu kimin vurmasından asılı olmayaraq sevinəcəkdim

“Kəpəz” Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində bu gün Gəncədə “Neftçi”ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, oyun öncəsi “sarı-göylər”in futbolçusu Şəhriyar Rəhimov klubun rəsmi internet saytına açıqlama verib.

Rəhimov əvvəlcə ötən turda “Xəzər Lənkəran” səfərində qazanılan qələbəyə toxunub:  “Lənkərandakı oyunun bizə nə verəcəyini yaxşı bilirdik. Turnir cədvəlində xal ehtiyatını artırmaq üçün qələbə qazanmağa borclu idik. Həm də heç-heçələr seriyasına son qoymaq istəyirdik. Məqsədimiz sindromu qırıb nəhayət ki, azarkeşləri qələbə ilə sevindirmək idi. Qələbə komandamızın əhval-ruhiyyəsinə müsbət mənada təsir edib”.  

Cari mövsümdə Şəhriyar artıq 3 qol vurub. Müdafiəçinin məhsuldar zərbələri standart vəziyyətlərin davamında rəqib qapısından keçib. O, “Xəzər Lənkəran”a qarşı görüşdə də eyni vəziyyətdən fərqlənib: “Ümumiyyətlə, meydana çıxanda qol vurmaq haqda fikirləşmirəm. Mən müdafiəçiyəm, əsas olan komandanın qələbəsidir, qolu kimin vurması yox. Oyun epizodlarında çox nadir hallarda rəqib qapısının önündə görünürəm. Amma standartlar zamanı irəli atılıram. Xoşbəxtlikdən “Xəzər Lənkəran”la matçda da belə vəziyyətdən fərqləndim. Çox sevinirəm ki, qələbə topuna imza atdım. Qolu kimin vurmasından asılı olmayaraq sevinəcəkdim. Onu da deyim ki, Lənkəran klubu ilə görüşdə oyunumuzu cinahlardan qurmuşduq və hücuma belə atılmalı idik. Baş məşqçimiz Şahin Diniyev cinah müdafiəçisi olsam da, mənə daha irəlidən oynamağı tapşırmışdı. Hücumla yanaşı, müdafiədə də dəqiq oynamalıydım”.

Şəhriyar son olaraq maraqla gözlənilən “Neftçi” ilə oyuna toxunub: “Bizi ağır oyun gözləyir. “Neftçi” yüksəlişdədir. Matçın prinsipiallığını yaxşı başa düşürük. Axı söhbət tarixi derbidən gedir. Sosial şəbəkələr vasitəsi ilə gəncəli azarkeşlərin oyuna necə hazırlaşdığını izləyirik. Biz futbolçular da onları qələbə ilə sevindirməyə çalışacağıq. Vacib oyundur, rəqib turnir cədvəlində bizə yaxın mövqedə yer alıb. Qələbə ilə onlardan uzaqlaşa bilərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.