20 dekabr 2015 11:20

Aleksey Qay: Qarabağa qarşı daha yaxşı oynaya bilərdik

"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Qələbə qazana bilərdik. Amma əksinə oldu. Bütövlükdə, nəticədən razıyam. Oyuna gəlincə, biz yaxşı çıxış etdik, qol vəziyyətlərimiz də oldu. Daha yaxşı oynaya bilərdik. "Qarabağ" topla yaxşı davranmağı bacaran komandadır.

- İkinci hissədə əks-hücumlarda qol vurmaq şansınız olsa da, sanki sizdə yorğunluq var idi...
- Kənardan necə göründüyümüzü bilmirəm. Bizim işimiz meydanda sonadək mübarizə aparmaqdır.

- Yəqin ki, Dodo penaltini qola çevirsəydi, hər şey fərqli bitəcəkdi. Siz necə düşünürsünüz?
- Penaltini mən vuracağım halda da nə baş verəcəyini heç kim dəqiq deyə bilməz. Ola bilsin ki, mən də vurmağı bacarmazdım. Futbol belədir.

- "Qəbələ" bu oyunda iki xal itirdi, ya bir xal qazandı?
- Fikrimcə, "Qəbələ" iki xal itirdi.

- "Qəbələ"nin son qələbələri 8-ci və 15-ci turlara təsadüf edir. Problem nədədir?
- Mən hansısa problem olduğunu deməzdim. Futbolda belə hallar olur. Çünki komanda bütün oyunlarda qələbə qazana bilməz. Həm də nəzərə almaq lazımdır ki, biz gənc komandayıq. Biz çempionatda yüksək yerlər uğrunda mübarizə aparırıq və bu mübarizəni sonadək davam etdirəcəyik.

- Azərbaycanlı jurnalistlər arasında aparılan sorğuya görə ölkəmizdə çıxış edən ən yaxşı legioner futbolçu "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda seçilib. Amma o, öz çıxışında ən yaxşı legioner sizi hesab etdiyini bildirib...
- Almeyda bu ada layiqdir. Çox yaxşı futbolçudur, komandasının lideridir. Fikrimcə, bu seçimdən heç kim narazı qala bilməz. Onu təbrik edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.