20 dekabr 2015 00:15

Dani Kintana: Riçard Almeyda ən yaxşı olmağa layiq idi

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Çoxlu qol şansımız oldu. Biz həmin imkanların əksərini boşa verdik. Amma "Qəbələ" ələ düşən imkandan yaxşı yararlandı. Nəticədə, heç-heçə qeydə alındı. Digər tərəfdən, uduzmamağımız yaxşı oldu. Pis olan tərəfi isə qələbə qazanmağa yaxın olduğumuz görüşdə buna nail ola bilməməyimizdir.

- Sizcə, heç-heçə ədalətli nəticə olmadı?
- Ədalətli nəticə bizim qələbəmiz olardı. Amma bu nəticəyə görə də şikayətlənməməliyik. Hər şey qaydasındadır.

- "Qarabağ"ın son dövrlər qələbə qazana bilməməsinin səbəbi nədir?
- Hansısa səbəb açıqlaya bilmərəm. Mümkündür ki, ilin sonu olduğundan yorğunuq. Bəlkə də lider olmadığımızdan irəli gəlir.

- Epizodların birində İlqar Qurbanovla aranızda narazılıq yarandı. Nə baş vermişdi?
- Həmin epizodda İlqarın necə oynayacağını başa düşmədim. Ona mane olmağa hazırlaşmırdım. Sadəcə, elə alındı. Amma aramızda heç bir münaqişə olmadı. Hər şey qaydasındadır.

- "Qarabağ" qış çempionu oldu. Mövsümün geridə qalan dövrünü necə dəyərləndirərdiniz?
- Mən çıxışımızı müsbət qiymətləndirirəm. İkinci yerdə qərarlaşan komandanı səkkiz xal qabaqlayırıq. Şadam ki, mövsümün geridə qalan dövrünü lider kimi başa vurduq.

- "Qarabağ"la "Qəbələ" Avroliqanın qrup mərhələsində oynayırdı və bu iki klubun görüşünə azarkeşlərin xüsusi marağı vardı. Bəs futbolçuların?
- Şübhəsiz ki, "Qəbələ"nin sıradan rəqib olmadığını bilirdik. Onlar həm də bu mövsüm bizim əsas rəqibimizdir. "Qəbələ" hücum etməyi bacaran, müdafiədə oturmaqla kifayətlənməyən komandadır. Amma rəqibin gücünü bilirdik. Oa görə də "Qəbələ"yə qarşı oynamaq maraqlı idi.

- "Qarabağ"ın istirahətə böyük ehtiyacı olduğu şübhəsizdir. Yəqin ki, ilin son matçını böyük səbrsizliklə gözləyirdiniz...
- İyunun 18-dən fasiləsiz oynayırıq. Şübhəsiz ki, psixoloji istirahətə ehtiyacımız var. Ailəmizlə də vaxt keçirməyimiz lazımdır.

- Jurnalistlər arasında keçirilən sorğuda komanda yoldaşınız Riçard Almeyda Azərbaycanda oynayan legionerlər arasında ən yaxşı futbolçu seçilib. Yəqin ki, bu, sizin üçün gözlənilməz olmadı...
- Əlbəttə, o, bu ada layiqdir. Riçard komandamızın əsas oyunçularından biridir. O, çox yaxşı futbolçudur. Biz onunla bir-birimizi çox yaxşı başa düşürük.

- Bəs Reynaldo üçün darıxırsınızmı?
- Əlbəttə. O da "Qarabağ"ın aparıcı futbolçularından biridir. Reynaldo mövsümün ikinci hissəsində bizə çox lazım olacaq. Onun sıraya dönməsini səbrsizliklə gözləyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.