19 dekabr 2015 14:00

Vaqif Sadıqov: Hədəf bu gənc uşaqları əsas milli üçün hazırlamaqdır

AFFA Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi

- Artıq AFFA U-18 və U-20 yığmalarının heyətini açıqlayıb. Bəs bu komandalara kim baş məşqçilik edəcək?
- Orada baş məşqçi olmayacaq. Bu komandalar əsas millimizin baş məşqçisi Mahmud Qurbanovla Elxan Abdullayevə tapşırılıb. Onların vəzifəsi millidəki fəlsəfəni gənc oyunçulara aşılamaqdır. Amma Mahmudla Elxan bu işdə tək olmayacaqlar. Onlarla birgə U-21-in baş məşqçisi Yaşar Vahabzadə və U-19-un çalışdırıcısı Nazim Süleymanov da işləyəcək. Yəni bu iki baş məşqçi ilə Məşqçilər Komitəsinin üzvləri kənardan hazırlıq prosesini izləyəcək. Hədəf isə bu uşaqları tədricən əsas milli komanda üçün hazırlamaqdır.

- Azərbaycan futbolu üçün 2015-ci il demək olar ki, başa çatıb. Bu il sizin üçün daha çox nə ilə yaddaqalan oldu?
- İki klubumuzun - "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki çıxışı böyük uğurdur. Bu ili əsas millimiz üçün də uğurlu sayıram. Bu, gələcəyə ümidlə baxmağa əsas verir.

- Amma xoşa gəlməyən məqamlar da var. Məsələn, iddialılardan olan "Xəzər Lənkəran" indi autsayderdir...
- Əlbəttə, həm sevindirici, həm də üzücü məqamlar var. Amma həyatda da belədir. Cənub təmsilçisinin belə bir vəziyyətə düşməsini heç vaxt istəməzdim. Bu komanda həmişə yüksək yerlər uğrunda mübarizə aparmalıdır. İndi "Xəzər Lənkəran" üçün ən vacib məsələ belə bir çətin vəziyyətdə ayaqda qala bilməkdir.

- Hazırda əsas müzakirə mövzularından biri yığmamızın iki aparıcı üzvü - Kamran Ağayevlə Rahid Əmirquliyevin karyerasını harada davam etdirəcəyidir...
- Dəqiq demək olar ki, bu iki futbolçu klubsuz qalmayacaq. Bu, birmənalıdır. Yeganə sual doğuran məqam onların Azərbaycanda və ya xaricdə oynayacağıdır. Ağayevlə Əmirquliyev istənilən komandada oynamağa, rəqabəti artırmağa qadir futbolçudur.

- Premyer Liqanın cari mövsümünün sürpriz komandası - "Zirə" barədə nə deyə bilərsiniz?
- "Zirə" yerli və əcnəbi futbolçulardan ibarət yaxşı kollektiv formalaşdırıb. Komanda çox yaxşı, baxımlı oyun sərgiləyir. Ona görə də hazırda ikinci pillədə gedirlər.

- Sizcə, "Qəbələ"nin son dövrlərdəki uğursuz çıxışı nə ilə bağlıdır?
- Fikrimcə, qazandığı təcrübə bu komandanın qələbə qazanmağa başlamasına kömək edəcək. Məncə, onların belə uğursuz çıxışının səbəbi iki cəbhədə mübarizə aparmasına görə idi. "Qəbələ"nin çox böyük potensialı var. Onlar bu vəziyyətdən çıxış yolu tapacaqlar.

- "Qarabağ"ın liderliyini inamla qoruması barədə nə deyərdiniz?
- Bu, tam gözləniləndir. Amma "Qəbələ"nin liderdən bu qədər geri qalacağını məncə, heç kim gözləmirdi. Yəqin ki, bu komanda ilin son oyununda aradakı xal fərqini azaltmağa çalışacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.