19 dekabr 2015 12:30
Azərbaycan yığmasının matçı 2,5 avroya
Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet satışı başlayıb. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti 300-600 serb dinarınadır (2,5-5 avro).
Qeyd edək ki, AÇ-2016-nın final mərhələsinin oyunları Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Azərbaycan yığması İtaliya və Çexiya ilə bir qrupda mübarizə aparacaq.
