19 dekabr 2015 11:30

Kamal Bayramov: Zirənin uğurlu çıxışını davam etdirməsini istəyirəm

"Zirə"nin qapıçısı Kamal Bayramov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ" üzərindəki qələbəni necə şərh edərdiniz?
- Matçın ağır keçəcəyini bilirdik. Elə də oldu. Amma buna baxmayaraq, qalib gəlməyi bacardıq. Bu matçın önəmini başa düşürdük. Şadam ki, qələbə qazana bildik.

- Son dövrlər "Qəbələ"nin uğursuz çıxış etməsi sizin üçün üstünlük yaratdı?
- "Qəbələ"nin heyətində çoxlu yaxşı futbolçu var. Fikrimcə, onlar sadəcə, psixoloji baxımdan yorğundurlar. Biz isə sonadək mübarizə aparıb, qalib gəldik.

- "Xəzər Lənkəran" üzərində qələbə, "Neftçi" və "Qarabağ"la heç-heçə, "Qəbələ" üzərində qələbə. Komandada nə baş verir?
- Hər şey öz axarı ilə gedir. Biz bütün bu uğurlara görə ancaq ulu tanrıya minnətdar olmalıyıq. Uğurlarımızın digər səbəbi isə mehriban və döyüşkən kollektivimizin olmasıdır.

- Artıq üçüncü oyundur ki, əsas heyətdə meydana çıxırsınız və cəmi bir qol buraxmısınız. Öz səviyyənizi göstərirsiniz?
- Heç kimə nəyisə göstərmək fikrində deyiləm. Öz komanda yoldaşlarımla birgə uğurlu çıxışımızı davam etdirməyimizi istəyirəm. Anar Nəzirov zədəlidir. Ona da tezliklə sağalmağı arzulayıram. Gücüm daxilində komandamızın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. Heç bir çətinlik yoxdur.

- Qarşıdakı turda sizi ilin son oyunu - AZAL-la görüş gözləyir...
- Onların oyunu gündən günə yaxşılaşır. Tərlan Əhmədov demək olar ki, sıfırdan komanda formalaşdırıb. Düzdür, onların maliyyə problemləri var. Amma komanda döyüşkəndir, hər matçda yaxşı futbol göstərirlər. AZAL-la oyunumuz çox çətin olacaq.

- Hazırda ikinci olan "Zirə" "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmağa hazırdır?
- Bizim əsas hədəfimiz yaxşı döyüşkən komanda yaratmaq idi. Əlbəttə, biz də ancaq uğurlu nəticə qazanmaq üçün oynayırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.