19 dekabr 2015 00:25

Topaz Premyer Liqasında 2015-ci ilin son turu

Bu gün Topaz Premyer Liqasında 18-ci tura start verilir. Azerisport.az xəbər verir ki, 2015-ci ilin son turunun oyunları iki gün ərzində keçiriləcək.

İlk oyun günündə iki görüş baş tutacaq. Öncə "Sumqayıt" "Rəvan"la münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər arasındakı son 5 görüşdə sumqayıtlılar qalib gələ bilməyiblər. Ardıcıl 4 oyunda komandalar hərəyə 1 xal qazanıblar. Bütün səfər oyunlarında 1 qol vuran “Rəvan” 6 oyundan 4-də 1:0 hesabı ilə qalib gəlib. Bütövlükdə, 13 dəfə üz-üzə gələn komandaların duelində "aslanlar" daha çox qələbə qazanıb - 6 oyunda. Sumqayıtlılar cəmi 2 dəfə qələbə qazanıblarsa, 5 görüşdə heç-heçə qeydə alınıb. Top fərqi də bakılıların xeyrinədir - 16:12. Bu mövsümün ilk dövrəsindəki oyunda isə qolsuz heç-heçə qeydə alınmışdı. Bu görüşdə də tərəflərdən hansınınsa favorit olduğunu söyləmək çətindir.

Günün digər oyununda isə son çempion və lider "Qarabağ" doğma meydanda əsas rəqiblərindən biri - "Qəbələ" ilə üz-üzə gələcək. Liderlər qrupunda yer alan komandalar 30-cu - yubiley duelinə çıxacaq. Əvvəlki 29 oyundan 13-də ağdamlılar qalib gəliblər. 9 dəfə heç-heçə qeydə alınıbsa, qəbələlilər cəmi 7 qələbəyə seviniblər. Top fərqində də Ağdam klubu öndədir - 39:27. Amma “Qarabağ” son 4 matçda qalib gələ bilməyib. Ardıcıl 2 oyunda isə qalib müəyyənləşməyib. Elə ilk dövrədəki oyunda da heç-heçə qeydə alınmışdı - 2:2. Son dövrlər uğursuz çıxış edən, son iki turda məğlubiyyətlə üzləşən Roman Qriqorçukun komandasının liderlə görüşdə də şansları yüksək qiymətləndirilmir. Amma Qurban Qurbanovlu çempion da son dövrlər qələbəyə həsrətdir. Bu üzdən də qarşılaşmanın gərgin keçəcəyi şübhəsizdir.

İkinci oyun günündə öncə Gəncədə yerli "Kəpəz"lə "Neftçi" qarşılaşacaq. Əzəli rəqiblərin dueli böyük maraqla gözlənilir. Rəqiblər 34 aydan sonra Gəncədə qarşılaşacaq. Bu matçda vurulacaq 2-ci qol komandaların duellərində 100-cü olacaq. İndiyə qədər baş tutan 40 oyundan 15-də gəncəlilər, 19-da isə bakılılar 3 xalı bayram ediblər. Cəmi altı qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqi də paytaxt klubunun xeyrinədir - 62:36. “Neftçi” 8 matçdır rəqibinə uduzmur. “Kəpəz” son qələbəsini 10 il əvvəl qazanıb. İlk dövrədə Bakıda baş tutan görüşdə hesab açılmamışdı. Əsgər Abdullayevin gəlişindən sonra ilk dəfə ötən tur məğlub olan "ağ-qaralar" indi həmin uğursuzluğu unutdurmağa çalışacaq. Amma Şahin Diniyevli "Kəpəz"in doğma meydanda güclü dəstək altında daha böyük şansa malik olacağı şübhəsizdir.

Paytaxt derbisində AZAL cari mövsümün sürpriz komandası "Zirə"ni qonaq edəcək. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların ilk duelinin taleyini 1 qol həll etmişdi. “Zirə” səfər qarşılaşmasında minimal hesabla qalib gəlmişdi. Bu dəfə "təyyarəçilər"in həmin məğlubiyyətin qisasını almağa çalışacağı şübhəsizdir. Son turda "Neftçi"yə qalib gələn Tərlan Əhmədovun komandasında əhval-ruhiyyə də yüksəkdir. Bu üzdən də şüvəlanlıların ilin son matçında doğma meydanda qələbəyə oynayacağı dəqiqdir. Amma zirəlilər də iddialıdır və ikinci pillədəki mövqeyini qorumaq üçün səfər oyunundan qalib dönməyə çalışacaq.

Nəhayət, turun və ilin son oyununda "İnter"lə "Xəzər Lənkəran" üz-üzə gələcək. Bu komandalar indiyə qədər 33 dəfə qarşılaşıblar. Həmin oyunlardan 12-də bakılılar, yalnız 6-da cənublular qalib gəliblər. Qalan 15 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqində də "İnter"in üstünlüyü var - 37:29. “İnter” son 3 ev oyununda qalib gəlib. “Xəzər Lənkəran” 8 matçdır səfərdə qələbə qazana bilmir. Amma ilk dövrədəki qarşılaşmada cənublular 2:0 hesabıyla üstün olmuşdular. Bu dəfə bakılılar doğma meydanda həmin məğlubiyyətin qisasını almağa və ili üst pillələrdə başa vurmağa çalışacaqlar. Heyətlə bağlı ciddi problemləri olan "ağ-yaşıllar"ın rəqibinə ciddi müqavimət göstərməsi inandırıcı görünmür.

Topaz Premyer Liqası
18-ci tur

19 dekabr (şənbə)

15:30. “Sumqayıt” - “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

18:00. “Qarabağ” - “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

20 dekabr (bazar)

14:00. “Kəpəz” - “Neftçi”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Kərim Ağayev.
Gəncə şəhər stadionu.

15:00. AZAL - “Zirə”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. AZAL Arena.

16:30. “İnter” - “Xəzər Lənkəran”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “İnter Arena”.

1Qarabağ17114227-1137
2Zirə1778216-1229
3İnter1776416-1227
4Qəbələ1776423-1227
5Kəpəz1767418-1625
6Neftçi1765618-1723
7AZAL1754810-1719
8Sumqayıt1738620-2517
9Xəzər Lənkəran17331110-2212
10Rəvan1725109-2311

Bombardirlər:
7
- Riçard Almeyda ("Qarabağ").
6 - Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.