18 dekabr 2015 20:00

Neftçi rəhbərliyi futbolçuların valideynləri ilə görüşdü

Bu gün “Neftçi” PFK-nın inzibati binasında klubun U-17 komandasında çıxış edən futbolçuların valideynləri ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov, eləcə də klub tərəfindən dəvət olunmuş AFFA-nın texniki direktoru Bernhard Lippert iştirak ediblər.

Görüş zamanı valideynlərə “Neftçi” PFK-nın inkişaf strategiyası haqqında məlumat verilib və futbolçuların fərdi, eləcə də komanda halında inkişaf perspektivləri dəyərləndirilib. Klub rəsmiləri valideynlərə elektron təqdimat şəklində “Neftçi” Futbol Akademiyasının fəaliyyət proqramını nümayiş etdiriblər. Tədbirdə futbolçuların qarşılaşdıqları problemlərlə maraqlanan klub nümayəndələri, futbolçuların idmanda olduğu kimi, təhsil sahəsində də yaxşı mənada fərqlənməsinin önəmli olduğunu vurğulayıblar. Bununla yanaşı qeyd olunub ki, futbolçunun şəxsiyyət olaraq hərtərəfli inkişafı onun peşəkar karyerasında həlledici rola malikdir.

Gələn il U-17 Avropa Çempionatının final mərhələsinin Azərbaycanda keçiriləcəyini xatırladan Bernhard Lippert, məhz bu yaş dövründən etibarən futbolçuların beynəlxalq arenada daha çox diqqət mərkəzinə düşdüyünü qeyd edib. Sonra futbolçuların valideynləri ilə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu, “Neftçi” PFK-nın inzibati binasında futbolçuların valideynləri ilə baş tutmuş sayca 4-cü görüşdür. Buna qədər isə U-10, U-11 və U-12 komandalarında forma geyinən futbolçuların valideynləri ilə görüşlər təşkil olunmuşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.