18 dekabr 2015 19:00

Fikrət Hüseynov: Tərlan Əhmədovla əməkdaşlıqdan məmnunuq

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Öncə ötən gün baş tutan "Neftçi"yə qarşı son oyununuz barədə fikirlərinizi bölüşərdiniz...
- Agır oyun oldu. “Neftçi” kimi adlı-sanlı rəqib üzərində qələbə qazandıq. Özü də komandamız gözəl oyun nümayış etdirdi. Biz bunu təsadüf saymırıq. Çünki komandamızın gücünə bələdik. İlk oyunda da bu rəqibi məglub etmişdik. Son oyunlar mövsümün əvvəlində atdıgımız addımların dögru oldugunu təsdiqləyir. Heyət gənclərdən qurulsa da, onların potensialı var. Biz buna həmişə inanmışıq. Qələbə həmişə gözəldir. Amma eyforiyaya qapılmaq lazım deyil. İndi ilin son oyunu haqda düşünməliyik. Qarşıda “Zirə” ilə görüş var. Bu oyunda da qalib gəlmək lazımdır.

- Bir neçə gündən sonra çempionatda fasilə yaranacaq. Yəqin ki, komandada müəyyən dəyişiklik olacaq. Klubun planları haqda nə deyə bilərsiniz?
- Artıq hazırlıq planı hazırdır. Baş məşqçi öz proqramını bizim müzkirəmizə təqdim edib. Rəhbərlik onun icrasını təmin etmək üçün lazımi işləri görəcək. Heyətdə ciddi dəyişiklik gözlənilmir. Tərlan Əhmədov problemli mövqələrə bir-iki futbolçu alınmasını istəyib. İndi bunun üzərində çalışırıq. Artıq bir əcnəbi futbolçu ilə razılıga gəlmişik. Meksikalı Adan Koronado ilə müqavilə baglanılıb və o yanvarın 6-da komandaya qoşulacaq. Digər namizədlər də var. Tərlan Əhmədovun verdiyi siyahı əsasında transfer fəaliyyətimizi quracagıq. Sadəcə, danışıqlar getdiyi üçün açıqlama vermək bir qədər tezdir.

- Yeri gəlmişkən, Tərlan Əhmədovun işini necə qiymətlndirirsiniz?
- Tərlan Əhmədovun işi göz qabagındadır. Belə bir komanda formalaşdırdıgına görə ona ancaq təşəkkür edə bilərik. O klubun ən agır vəziyyətində bizə, kollektivə sadiq qaldı. Hələ may ayının sonunda biz strategiyanı dəyşərkən, büdcəni azaldarkən Əhmədov klubda qalacagını bildirdi. Gənc olmasına baxmayaraq, Tərlan təcrübəli həmkarlarının risq belə etmədiyi yükün altına girdi. Məhdud büdcə, təcrübəsiz futbolçular, heyətlə baglı problemlər onu qorxutmadı. Əksinə, Əhmədovun cəsarəti və gələcəyə inamı bizi işə həvəslndirdi. Düzü özümüzün icərimizdə də komadanın perspektivinə şübhə ilə yanaşanlar var idi. Heyətə cəlb olunanların bir çoxu uzun müddət idi futboldan kənarda qalmışdı. Murad Səttarlı, Nuqzar Kvirtiya, Rail Məlikov, Qvanzav Maqomedov, Emin Cəfəruliyev kimi oyunçular müəyyən səbəbdən yaşıl meydanan uzaq düşmüşdülər. Lakin Tərlan həmişə səbrli olmağı və mübariz komanda yaradacagımızı əminliklə söyləyirdi. Bu gün onun ümidləri dogrulmaqdadır. Hesab edirəm ki, AZAL oyun baxımından heç kimdən aşkar geri qalmır. Nəticə də qənaətbəxşdir. Tərlan Əhmədov klubun ehtiyat qüvvəsinin yetişməsinə, aşagı yaş qruplarından istedadlı yeniyetmələrin tapılıb üzə çıxarılmasında da əvəzsiz xidmət göstərir. Məhz o, Seymur Əsədovu, Kamal Mirzəyevi, İsmayıl İbrahimlini, Aydın Qasımovu üzə çıxardı. Bu gün bütün uşaq komandalarının oyunlarını izləyir, bizə daim təkliflər verir. Bir sözlə, onunla yollarımızı davam edirik və belə əməkdaşlıqdan məmnunuq.

- Komanda ilə baglı məlumatları dediniz. Bəs ümumilikdə klubun inkişaf perspektivləri haqda nə deyə bilərsiniz?
- Bu sahədə də addımlar atılır. İnfrastruktur imkanlarının yaxşılaşdırılması üçün bəzi layihələri həyata keçiririk. “AZAL Arena”nın öt örtüyünün dəyişdirilməsi üçün danışıqlar başa çatıb. Dekabrın 21-dən etibarən türkiyəli mütəxəssislər stadionda işə başlayırlar. Uşaq futboluna diqqəti artırmaq istəyirik. Bunun üçün klub rəhbərliyi qarşısında məsələlər qoymuşuq. Eni zamanda AFFA ilə əməkdaşlıga ciddi önəm veririk. Klubun büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi istiqamətində də işlər aparılır. Bir sözlə, klubun yeni strategiyasına əsasən yeni imicə, yeni simaya malik olacaq AZAL-ın gələcəyi naminə bütün imkanlar səfərbər olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.