18 dekabr 2015 18:30
Azərbaycanın U-18 və U-20 yığmalarına kim rəhbərlik edəcək?
Xəbər verdiyimiz kimi, AFFA U-18 və U-20 yığmalarını yaratmağa qərar verib. Azerisport.az xəbər verir ki, qarşıdakı günlərdə bu komandaların Bakıda ilk təlim-məşq toplanışı baş tutacaq.
Amma sözügedən yığmaların baş məşqçisi olmayacaq. Əldə etdiyimiz məlumata görə, U-18 və U-20-ni Azərbaycanın əsas millisinin baş məşqçisi Robert Prosineçkinin köməkçiləri - Mahmud Qurbanovla Elxan Abdullayev nəzarət edəcək. Onlara müvafiq olaraq U-21 və U-19 yığmalarımızın baş məşqçiləri - Yaşar Vahabzadə ilə Nazim Süleymanov yardım göstərəcək.
