18 dekabr 2015 14:40

Rail Məlikov: Neftçiyə qarşı indi heç bir prinsipiallıq qalmayıb

AZAL-ın kapitanı Rail Məlikov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- "Neftçi" ilə oyunların hamısı çətindir. Bu klubun təkcə adı çox şeydən xəbər verir. "Neftçi" həm də flaqmandır. Biz bu oyuna maksimum ciddi hazırlaşmışdıq. Baş məşqçi bizə nələri tapşırmışdısa, onları yerinə yetirmək üçün əlimizdən gələni etdik. Qol vurandan sonra əks-hücumda oynamağa başladıq. Bu da öz bəhrəsini verdi.

- Bu mövsüm "Neftçi"dən altı xal almısınız...
- "Neftçi" artıq əvvəlki komanda deyil. Bizim üçün isə adi oyunlardan biri idi. Düzdür, səfərdə çıxış edirdik, çətinliklə üzləşdik. Amma bu mövsüm istənilən komandadan xal almaq olar. Biz də bu görüşdə düzgün oynadıq və qələbə qazandıq.

- Hansı "Neftçi"ni daha güclü hesab edirsiniz: birinci dövrədə qarşılaşdığınızı, ya indikini?
- Xüsusi bir dəyişiklik görmədim. Bəzi oyunçuları çıxmaq şərtilə, demək olar ki, həmin heyət idi.

- AZAL çox vaxt "öldürürdü"...
- Bu, futboldur. Biz 0:1 hesabıyla məğlub durumda olsaydıq, eyni şeyi "Neftçi" də edərdi. Futbolun yazılmamış qanunları var. Yeri gəlmişkən, bəzi epizodlarda futbolçularımız zədə aldı. Rəqib futbolçulara "feyr-pley"ə əməl etdiklərinə görə təşəkkürümü bildirirəm.

- Yəqin ki, son dəqiqədəki epizod istisna olmaqla...
- Düzdür, haqlısınız Ruslan Nəsirli yıxılıd, amma onlar topu meydandan çıxarmadılar. Amma son dəqiqələr idi, məğlubiyyətdən qaçmaq istəyirdilər.

- Bu dəfə yenidən Ruslan Qurbanova qarşı oynadınız. Birinci dövrədəki oyundan sonra ciddi probleminiz yaranmışdı. Bu dəfə necə oldu?
- Hər şey keçmişdə qalıb. Biz elə o vaxt zəngləşdik, görüşdük, hər şeyi yoluna qoyduq. O, mənim kiçik qardaşımdır. Mən "Neftçi"də oynayanda o da bizimlə idi. Bir-birimizi başa düşdük. Hər şey qaydasındadır.

- Keçmiş komandanıza qarşı hansısa prinsipiallıq var idi?
- Əvvəlki "Neftçi"dən heç nə qalmayıb. Mən bunu həm rəhbərlik, həm də oyunçular baxımından deyirəm. "Qəbələ"də oynayanda hansısa prinsipiallıq qalmışdı. Amma indi o da yoxdur. Bizim prinsipimiz rəhbərlikdəki bəzi insanlara qarşı olur. Bura Sadıq Sadıqovu aid etmirəm. Kimləri nəzərdə tutduğumu özləri yaxşı bilir. İndi isə heç bir prinsipiallıq yoxdur. Çıxıb öz futbolumuzu oynadıq. "Neftçi"yə də uğurlar arzulayıram, orada da futbolçu qardaşlarımız çıxış edir.

- Növbəti turda sizi "Zirə" ilə oyun gözləyir. Hədəfiniz nə olacaq?
- Qələbəyə köklənmişik. Evdə oynayacağımız üçün ancaq üç xal barədə düşünəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.