18 dekabr 2015 14:00
Aqolli sıraya dönəcəyi tarixi açıqladı
"Qarabağ"ın zədəli müdafiəçisi Ansi Aqollinin nə vaxt sıraya dönəcəyi müəyyənləşib. Albaniyalı futbolçu azerisport.az saytına açıqlamasında bildirib ki, o, məşqlərə yanvardan etibarən başlaya biləcək.
Qeyd edək ki, Aqolli Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Kəpəz"ə qarşı oyunda zədələnmişdi.
