18 dekabr 2015 11:40

Vüqar Mustafayev: Biz hər şeyə hazır olmalıydıq

"Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Mustafayev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Sumqayıt"a qalib gələ bilməməyinizə nə mane oldu?
- Maraqlı oyun alındı. "Sumqayıt" son dövrlər yaxşı formadadır. Bizim kifayət qədər qol epizodlarımız oldu. Amma onlardan yararlana bilmədik. "Sumqayıt" isə bizi əks-hücumlarda tutdu. Bizə çoxlu problem yaratdılar.

- Rəqibin erkən qolu sizin üçün çoxmu gözlənilməz oldu?
- Diqqətsizlikdən qol buraxdıq. Baxmayaraq ki, hər şeyə hazır olmalıydıq. Futbolda hər şey çox sürətlə dəyişir.

- Bəzi epizodlarda "Qarabağ"ın oyunçularının yorğun olduğu diqqət çəkirdi...
- Xeyr, yorğun deyildik. Sadəcə, bizdə hər şey alınmadı. Çoxlu qol epizodu yaratdıq. Amma rəqibin qapıçısı əksər epizodlarda çox yaxşı oynadı.

- Sizə elə gəlmir ki, "Qarabağ" kimi komanda bu qədər qol epizodunu boşa verməməlidir?
- Nə etmək olar? Hər istəyə nail olmaq mümkünsüzdür.

- "Qarabağ" məğlubiyyətdən son anda yaxa qurtardı. Yəqin ki, matçın sonlarında artıq qələbə qazana bilməyəcəyinizlə barışmışdınız...
- Matç 90 dəqiqə davam edir. İstənilən an hər şey dəyişə bilərdi. Biz üçüncü qolu da vurmağı çox istəyirdik. Amma görünür qismətimiz elə bir xal imiş.

- 2015-ci ilin son oyununda "Qəbələ"yə qarşı oynayacaqsınız...
- Çətin oyun olacaq. Bizim üçün hər bir oyun vacibdir. Rəqibin kimliyinin önəmi yoxdur. Allah eləsin ki, uğur bizim tərəfimizdə olsun.

- "Qəbələ" son dövrlər uğursuz çıxış edir. Bu, sizin işinizi asanlaşdırır?
- Çempionatımızda asan oyun olmur. Mən deməzdim ki, "Qəbələ"nin uğursuz çıxışı bizim işimizi asanlaşdıracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.