18 dekabr 2015 11:00

Baş katib yığmaların məşqçi heyəti ilə görüşüb

AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədovun, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin, texniki direktor Bernard Lippertin, Məşqçilər Komitəsinin üzvlərinin və müxtəlif yaş qruplarından ibarət yığma komandalarda çalışan məşqçilərin iştirakı ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə dekabrın 14-də Bakı Olimpiya Stadionunda Topaz Premyer Liqası klublarının baş məşqçiləri ilə keçirilmiş görüş xatırlanaraq səmərəli müzakirələrin aparıldığı bildirilib, milli komandaların məşqçi heyəti ilə klubların məşqçiləri arasında qarşılıqlı əlaqənin yüksək səviyyədə olmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, 2020-ci ildə təşkil olunacaq və 4 oyunu Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan milli komandasının iştirakına nail olmaq üçün istedadlı gənc futbolçular indidən diqqət mərkəzində saxlanılmalı, bununla əlaqədar yığma və klub məşqçiləri sıx əməkdaşlıq etməli, zərurət yaranacağı təqdirdə gənc futbolçularla fərdi məşqlər də keçirilməlidir.

AÇ-2020-də çıxış edə biləcək milli komandanın formalaşdırılması üçün qısa müddət ərzində ən azı 30 nəfərdən ibarət 1994-2000-ci il təvəllüdü futbolçuların siyahısının tərtib olunması, həmin futbolçulara fərdi məşqlərin keçirilməsi məqsədilə metodiki vəsaitin hazırlanması qərara alınıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.