18 dekabr 2015 00:15

Anyete: Levskiyə keçəcəyim barədə xəbərlər həqiqəti əks etdirmir

"Neftçi"nin hücumçusu Anyete Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matçla bağlı nə deyə bilərsiniz?
- Adətən, oyuna yaxşı başlamayanda matç çox çətin keçir. Fikrimcə, biz ikinci hissədə yaxşı oynadıq. Amma qol vurmağı bacarmadıq. Ona görə də uduzduq.

- Siz meydana ikinci hissədə çıxdınız. Hər iki epizodda hakim rəqib qapısına penalti təyin edə bilərdi. İkincidə sizə hətta simulyasiyaya görə sarı vərəqə də göstərildi...
- Birinci epizod çox sürətli yaşandı. Ona görə də orada penalti olub-olmadığını deyə bilmərəm. İkinci epizod da demək olar ki, oxşar idi. Mən yıxıldım. Amma simulyasiya barədə qətiyyən düşünmürdüm. Başa düşürəm ki, hakim həmin epizodu yaxşı görməyə bilərdi. Amma bu, mənim simulyasiya etdiyim anlamına gəlir. O, mənə sarı vərəqəni də göstərməyə bilərdi.

- Hakimin sizi xaldan etdiyini demək olar?
- Hakimlərdən danışmağı sevmirəm. Sadəcə, onu deyə bilərəm ki, hakimlər bizə heç nədə kömək etmədilər.

- Əsgər Abdullayevin gəlişindən sonra komandanız uğurlu nəticələr qazansa da, oyun planında xüsusi irəliləyiş yoxdur...
- Sizinlə razılaşmıram. Çünki son oyunlarda yaxşı nəticələr qazanmışıq. Lənkərandan, Qəbələdən qələbə ilə qayıtmışıq. Bakıda "Qarabağ"a gəlmişik. Amma AZAL-la oyunda bəxtimiz gətirmədi. Futbolda belə hallar olur. Bu qədər hücim etməyimizə baxmayaraq, rəqib qapısına yol tapa bilmədik.

- Rəqib qapısına dəqiq zərbə endirə bilmirdiniz...
- Mənim də şanslarım oldu. Amma səhvlər də buraxdıq.

- Zədədən sonra əvvəlki formanızı bərpa edə bilmisiniz?
- Uzun müddət oynamadım. Meydana çıxmağı çox istəyirdim. Zədədən sonra ideal formada olduğumu deməzdim. Üzərimdə çox çalışmalıyam.

- Siz cərimə zərbəsi qazansanız da, Ruslan Qurbanovu onu özünüzün yerinə yetirməyinizə imkan vermədi...
- Bunda heç bir problem yoxdur. Biz bir ailə, komandayıq. O, zərbəni vurmaq istədiyini bildirdi və məndən icazə istədi. Mən də razılaşdım.

- Bolqarıstan mətbuatı sizin "Levski"yə qayıdacağınızı yazır. Bu barədə nə deyə bilərsiniz?
- Mənim cavabım sadədir - yox! Bolqarıstana qayıdacağım, "Levski"yə keçəcəyim barədə xəbərlər həqiqəti əks etdirmir. "Neftçi" ilə uğur qazanmaq istəyirəm. "Neftçi"dən ancaq burada çoxlu qol vurandan sonra gedəcəyəm. Ona qədər getmək barədə düşünmək istəmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.