17 dekabr 2015 19:30

Tərlan Əhmədov: Neftçidən qisasımı aldım

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İtkilərimiz çox idi. Aleksandr Qurulinin zədəsi  var, çox güman ki, son oyunda da iştirak edə bilməyəcək. Qvanzav və Nuqzar da zədədən əziyyət çəkir. Buna baxmayaraq, meydana çıxan futbolçular yüksək səviyyədə futbol sərgilədilər. “Neftçi”yə qarşı oyunu müdafiədən qurduq, rəqibi təhlil etmişdik. “Neftçi”nin bütün həmlələrinin qarşısını almaqla yanaşı, lazım olan qolu da vura bildik. İki gün sonra “Zirə”ni qəbul edəcəyik, həmin oyuna hazırlaşacağıq. Şüvəlana gələn bütün məşqçilərlə görüşmüşəm, amma bu gün oyundan öncə və oyundan sonra Əsgər Abdullayevlə görüş olmadı. Aramızda heç bir inciklik yoxdur, bu həyat təcrübəsidir. Ola bilər ki vaxtilə ünvanımıza deyilən bəzi sözlərin müqabilində bu məğlubiyyət həzm olunmur.

Bizim üçün hər oyun vacibdir, amma oyun oyuna bənzəmir. Komandanı yaradanda vaxt istəmişdim və bildirmişdim ki, bunun bəhrəsini görəcəksiniz. Düzdür, müəyyən tənqidlər oldu, amma buna baxmayaraq, biz oyundan oyuna inkişaf edirik. Açığı, “Neftçi” ilə oyun mənim üçün prinsipial idi. Bu görüş futbolçuların yox, mənim prinsipim idi. Cari mövsümdə “Neftçi”ni 2 dəfə məğlub etmişik, bu bizim yox, komandanın əməyidir. “Neftçi”ni 2:1 hesabı ilə udanda rəqib düşərgədən demişdilər ki, AZAL küçə komandasıdır. Əlbəttə ki, bu sözdən sonra “Neftçi” mənim üçün prinsipial rəqib olacaq. Mən bu gün AZAL-da işləyirəmsə, bu komandanın şərəfini qoruyuram. Heç kim heç kimi aşağılaya bilməz. Həmin o sözə görə biz bu gün “Neftçi”ni üstələdik və mən qisasımı aldım”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.