17 dekabr 2015 15:00
Neftçinin 4 futbolçusu yeni yaranan yığma komandada
“Neftçi” PFK-nın 4 futbolçusu – Sənan Əlizadə, Aqşin Qurbanlı, Rəsul Babazadə və Vüsal Hüseynov Azərbaycan U-20 milli komandasına cəlb olunub. Azerisport.az xəbər verir ki, AFFA bu yaş qrupu üzrə yığma komandanı yeni yaradıb.
Komandamızın üzvləri yığmanın dekabrın 21-dən 25-dək Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər. Yeni yaranmış milliyə digər klublardan kimlərin çağırıldığı hələlik, açıqlanmır.
