17 dekabr 2015 14:00
Rusiya yığmasının qapıçısı: Azərbaycan millisi xoş mənada təəccübləndirdi
Futzal üzrə Rusiya yığmasının qapıçısı Qustavo AÇ-2016-nın favoritlərindən danışarkən, Azərbaycan millisini də vurğulayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Həmişəki kimi, birinci yerə İspaniya, İtaliya, Portuqaliya və təbii ki, bizim komandamız iddialıdır. Bu dördlüyə artıq alışmışıq. Amma təcrübə göstərir ki, son Avropa çempionatlarında həmişə sürprizlər olur. Məsələn, Xorvatiya və Azərbaycan son qitə birinciliklərində xoş mənada təəccübləndirdi. Fikrimcə, Serbiyadakı çempionatda da kimsə özünü yaxşı tərəfdən göstərəcək".
