17 dekabr 2015 11:45

Elvin Məmmədov: Heç-heçə uduzmaqdan daha yaxşıdır

"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Çoxlu qol epizodu yaratdığınız bu oyunda qalib gələ bilməməyinizi bəxtlə əlaqələndirmək lazımdır, ya başqa səbəb var?
- Futbolda belə hallar olur. "Qarabağ" "Sumqayıt"a qarşı çox yaxşı oynadı. Rəqibin oyunu mənim çox xoşuma gəlir. Onlar demək olar ki, hər oyunda artırırlar. Biz isə yaratdığımız çoxsaylı qol epizodlarından yararlana bilmədik. Matçdan sonra Qurban Qurbanov da bizə dedi ki, futbolda bəzən yaxşı oynayıb, qol vura bilməmək də olur. Yaxşı ki, sonda əziyyətimiz yerdə qalmadı. Hər halda heç-heçə uduzmaqdan daha yaxşıdır.

- "Qarabağ"ın oyunçularının yorğunluğu atdığını demək olar?
- Yorğun olduğumuzu düşünmürəm. 28-29 futbolçumuz var, onların 3-4-ü daimi oynayır. Ona görə də heç bir yorğunluq yoxdur. Qurbanov hər oyuna yeni heyət buraxır.

- "Sumqayıt"ın gözlənilməz erkən qolu sizin oyununuza çox təsir etdi?
- Qol buraxandan sonra artıq bir gözün müdafiədə olur. Həm də "Sumqayıt" əks-hücumlarda çox yaxşı oynayır. Onlar bunu ötən gün də isbatladılar. Təbii ki, biz də qoldan sonra daha diqqətli oynamaq məcburiyyətində qaldıq.

- İlin son oyununda sizi "Qəbələ" ilə oyun gözləyir...
- "Qəbələ" Avropa Liqasında uğurlu çıxış edirdi. Yaxşı futbolçuları var. Düzdür, son iki turda uduzublar. Amma bizə qarşı tam fərqli oynayacaqlarını düşünürəm. Çünki liderlər qarşılaşacaq. Qələbə qazanmağımızı istəsəm də, bilirəm ki, buna nail olmaq çox çətin olacaq.

- "Qəbələ"yə qarşı keçirdiyiniz ilk oyunu xatırlayırsınız?
- Onlar hesabı birinci açsalar da, biz bərabərlik qolunu vurduq, daha sonra önə keçdik. Rəqib yalnız son dəqiqələrdə hesabı bərabərləşdirdi. Maraqlı idi. Bu komandaya qarşı oynamaq çox çətindir. Çünki fiziki cəhətdən güclü futbolçuları var.

- "Qarabağ"ın bütövlükdə bu ilki çıxışını necə qiymətləndirərdiniz?
- Komandaya yayda gəlmişəm. Ona qədər "Qarabağ" qızıl dubl etmişdi. Gəlişimdən sonra isə avrokuboklarda oynadıq. Bizim pley-offa çıxmağımıza azacıq nəsə çatmadı. Bütövlükdə, uğurlu il oldu.

- Əvvəlki klublarınızda topla daha çox oynadığınız halda, "Qarabağ"da belə deyil. Sanki, Riçard Almeyda və Dani Kintana meydanda olanda baş məşqçi sizə topla oynamağı qadağan edir...
- Qurbanov bizə deyib ki, cərimə meydançası daxilində öz ustalığımızdan istifadə edib, istədiyimizi həyata keçirə bilərik. O, heç bir qadağa qoymayıb. Sadəcə, mənim məsuliyyətsizliyimdir. Öz üzərimdə daha çox çalışmalıyam.

- Bəlkə, Riçardın yanında oynadığınız üçün arxayınlaşırsınız?
- Əlbəttə, Almeyda ilə yanaşı oynamaq asandır. Bilirsən ki, o, sənə istənilən mövqedən ötürmə edəcək. Amma mən özüm də çox çalışmalıyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.