17 dekabr 2015 11:30
Subaşiç oynadı, klubu 1 xal qazandı
Serbiya Super Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Mladost"la qarşılaşıb. Matç qolsuz başa çatıb. Start heyətdə meydana çıxmış Branimir bu qarşılaşmanın 90+4-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 19 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
