17 dekabr 2015 00:40
UEFA İnteri avrokuboklardan uzaqlaşdırdı
UEFA-nın klubların maliyyə nəzarəti üzrə arbitraj palatası instansiyası Bakı "İnter"i də daxil olmaqla, altı klubu sərt cəzalandırıb. Azerisport.az xəbər verir ki, qitə futbol klubu Azərbaycan klubunu qarşıdakı üç avrokubok mövsümünə (2016/17, 2017/18 və 2018/19) buraxmayacaq.
Bu azmış kimi, "İnter"ə 50 min avro cərimə də kəsilib. Amma paytaxt klubuna 2016-cı ilin yanvar ayının 31-nə kimi vaxt verilib. Bu müddətdə klub rəhbərliyi bütün borcların ödənildiyini isbatlamalıdır.
Qeyd edək ki, analoji cəza ilə Ukraynanın "Dnepr", Rumıniyanın "Targu Mureş" və "Astra" klubları da üzləşib. Portuqaliyanın "Braqa" və Rumıniyanın "Botoşani" klubları isə müvafiq olaraq 15 000 və 20 000 avro cərimələnib.
