17 dekabr 2015 00:30

Kamran Quliyev: 1 manat da olsa, borcumuz yoxdur

"Sumqayıt"ın prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş "Qarabağ"la oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Səfərdə oynayırdıq, hesabda üstün idik. Rəqib meydanında qələbə qazanmağa yaxın idik. Amma görünür, qismət deyilmiş. Futbolçularımız əllərindən gələni etdilər. Onlara da, "Qarabağ"a da minnətdaram. Gözəl futbol izlədik.

- "Sumqayıt"da yaxşı mənada son dövrlər nə baş verir?
- Məşqçilər korpusu komandaya yeni nəfəs gətirib. Fikrimcə, məşqçi və futbolçu heyəti arasında birlik var. Bu da nəticəsini verir. Bəzi oyunlarda qələbəni son anda əldən vermişik, ya heç-heçə etmişik, ya uduzmuşuq. İndi həmin səhvlər də olmasaydı, ilk üçlükdə idik.

- Belə çıxır ki, "Sumqayıt" qış fasiləsindən sonra yüksək yerlər uğrunda mübarizə aparacaq?
- Hazırda dünyada və ölkəmizdə müəyyən prosesslər gedir. Bu, bizə də təsirini göstərməyə bilməz. Ona görə də mən indidən heç nə deyə bilmərəm. Hazırda biz maliyyə baxımından sabit klub olaraq qalmaqdayıq. Futbolçular qarşısında bir manat da olsa, borcumuz yoxdur. Yüksək yerlər uğrunda mübarizə aparmağa gəlincə, niyə də olmasın?

- Komanda qış fasiləsi zamanı harada hazırlıq keçəcək?
- Böyük ehtimalla Sumqayıtda qalacağıq. Yanvarda bəzi komandalar ölkəmizdə olacaq. Doğma meydanda yoxlama oyunları keçirməyə çalışacağıq. Səfərdə də olması pis olmazdı.

- Yeni transferləriniz olacaq?
- Dekabrın 19-da bu ilin son oyununa çıxacağıq. Dekabrın 20-si və ya 21-də baş menecer və baş məşqçi ilə bu barədə söhbətimiz olacaq. Məsələn, biz də Kamran Ağayevi, Rahid Əmirquliyevi öz sıralarımızda görmək istəyirik. Amma reallıq belədir ki, biz gücümüz çatanı edə bilirik.

- Deməli, Kamranı almaq fikriniz ciddidir?
- Xeyr. Biz ona sadəcə, məşq etmək üçün şərait yaratmışıq. Bu məsələni şişirtmək lazım deyil. Kamran yığmanın qapıçısıdır. İstənilən klubumuz ona belə şərait yaratmalıdır. Yeni transferlərə gəlincə, qışda "Sumqayıt"ın Müşahidə Şurasının iclası keçiriləcək və bu məsələ orada müzakirə olunacaq. Necə qərar qəbul olunsa, elə də edəcəyik.

- Klubun büdcəsində hansısa dəyişiklik gözlənilmir?
- Allaha şükürlər olsun ki, bizim bu baxımdan problemimiz yoxdur.

- "Sumqayıt" Avropa Liqasına vəsiqə qazansa, avrokuboklarda iştirak etmək üçün müvafiq lisenziya ala biləcəksiniz?
- Biz AFFA-nın minimal tələblərini həmişə nəzərə almışıq. Bundan sonra isə avrokuboklarda iştirakımıza imkan verən lisenziyanı da almağa çalışacağıq. Amma buna dəqiq söz verə bilmərəm. Məsələ burasındadır ki, infrastruktur baxımından çatışmazlıqlar var. Sadəcə, əlimizdən gələni edəcəyik. Bu yöndə işlərimiz davam edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.