16 dekabr 2015 16:40

Məhəmməd Mirzəbəyov: Zirə ilə oyunda bizə ancaq qələbə lazımdır

"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Meydana qələbə üçün çıxacağıq. Bunun çətin olacağını bilirik. Amma bizə ancaq qələbə lazımdır. "Zirə" çox yaxşı komanddır. Onlar əks-hücumlarda yaxşı oynayırlar. Ev oyunlarında xüsusilə inamlı təsir bağışlayırlar".

Mirzəbəyovun sözlərinə görə, son turda "Neftçi"yə məğlub olmalarına baxmayaraq, komandada atmosfer yaxşıdır: "Neftçi"yə qarşı normal oynadıq. Hələ ilk hissədə qol vurmaq üçün şanslarımız oldu. Amma futbol elə bir oyundur ki, sən vurmayanda rəqib bunu həyata keçirir. Niyə qol vura bilmirik? Heç özüm də bilmirəm. Hərdən adama elə gəlir ki, top sadəcə, qapıya daxil olmaq istəmir. Həm də "Neftçi" bizə qarşı qapalı futbol sərgilədi. Belə şəraitdə qol vurmaq heç də asan deyil. Komandamız yaxşı məşq edir, məşqçi və futbolçu heyəti nəticə qazanmaq üçün əlindən gələni edir. Komandada hər şey normaldır. Amma digər komandaların bəxti gətirdiyi halda, bizdə tam əksinədir. Ümid edirəm ki, tezliklə hər şey qaydasına düşəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.