16 dekabr 2015 15:30

Popoviç: Krasnodarla oyunda buraxdığım ikinci qol mənim səhvim idi

"Qəbələ"nin qapıçısı Andrey Popoviç Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları görüşdən sonra həm bu görüş, həm də avrokubokların yekunları ilə bağlı bunları söyləyib:

- "Krasnodar"la oyun mənim üçün Avroliqada debüt matçım idi. Əlbəttə, təəssüf ki, debütüm uğurlu alınmadı. Amma belə oyunlar təcrübə toplamağa kömək edir. Bütövlükdə isə "Qəbələ" ilk dəfə Avroliqanın qrup mərhələsində çıxış edirdi. Fikrimcə, layiqli təsir bağışladıq.

- İkinci qolu buraxdığınız epizodda nə baş verdi?
- Maurisio Pereyranın zərbəsi nəticəsində top düz üstümə gəlirdi. Təbii ki, həmin zərbəni dəf edə bilməməyim sırf mənim səhvim idi. Futbolda belə hallar olur. Həmin epizodu analiz edib, oxşar səhvləri gələcəkdə təkrarlamamağım lazımdır.

- Qrupda hansı rəqiblə oyun daha çox yadınızda qaldı?
- Rəqiblərimizin hamısı yaxşı və güclü komanda idi. Amma təbii ki, Dortmund "Borussiya"sı ilə oyunlar, "Siqnal İduna Park"dakı atmosfer tamamilə fərqli idi.

- Qrupunuzu qalib başa vuran "Krasnodar"la "Borussiya"dan hansı daha uzağa gedə biləcək?
- Mənə elə gəlir ki, "Borussiya" ümumiyyətlə Avroliqanın favoritidir. Təbii ki, Bundesliqaya üstünlük verməsələr. "Krasnodar" da baxımlı futbolu ilə uzağa gedə bilər.

- Bu mövsüm Azərbaycanın iki klubu qrup mərhələsində çıxış etdi. Bu, ölkə futbolunun inkişafıının nəticəsidi sayıla bilər?
- Azərbaycanda futbol inkişaf edir. "Qarabağ" artıq ikinci ildir ki, Avroliqanın qrupuna vəsiqə qazanırdı. Hər ikisində də pley-offa çıxmağa çox yaxın oldu. Bizim üçün isə ilk dəfə olsa da, böyük təcrübə topladıq. Fikrimcə, bu, böyük uğurdur. (Sport news)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.