16 dekabr 2015 14:40
Eddi İsrafilov Deportivo ilə oyunu da buraxacaq
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Eybar" klubuna La Liqanın 15-ci turunda da kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, son turları zədə səbəbindən buraxmalı olan futbolçu qarşıdakı "Deportivo" ilə görüşdə də forma geyməyəcək.
Qeyd edək ki, "Deportivo" ilə qarşılaşma şənbə günü baş tutacaq. "Eybar" hazırd 21 xalla 10-cu pillədə qərarlaşıb.
