16 dekabr 2015 14:00

Ponomaryov: 2015-ci ilin məşqçisi Qurbanov, ən yaxşı oyunçusu Sadıqovdur

Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov azerisport.az saytına müsahibəsində 2015-ci ilin yekunları, ölkə çempionatı barədə danışıb.

- Başa çatmaqda olan 2015-ci ili Azərbaycan futbolu üçün necə qiymətləndirirsiniz?
- Bu suala müxtəlif istiqamətdə cavab vermək olar. İki klubun Avroliqanın qrup mərhələsinə düşməsi böyük uğur oldu. Amma çempionatın səviyyəsində yüksəliş olmadı. Ölkə futbolunu inkişaf etdirmək üçün başlıca amillərdən biri çempionatın səviyyəsini yüksəltməkdir. İndi təəssüf ki, rəqabət aşağıdır. Əvvəlki illərdə olduğu kimi, çempionluq uğrunda mübarizə gərgin görünmür. Digər tərəfdən 2015-ci ildə xarici ölkə çempionatlarına yollanan futbolçumuz da olmadı.

- 2015-ci ilin yekunlarına nəzər salarkən hansı həmkarınızı ilin məşqçisi elan etmək olar?
- Sorğu keçirirsinizsə, mən Qurban Qurbanova səs verərdim. Bu insan ardıcıl ikinci il nəticə göstərdi. "Qarabağ" Avropa Liqasında da yaxşı mübarizə sərgilədi. Komanda çempion oldu, kubok qazandı. Ən əsası sabit nəticə verdi. Qurban Qurbanov çox yaxşı məşqçidir. Bunu nəticələrlə sübut edir. Üzərində çalışır və hər il azarkeşləri sevindirir. Fikrimcə, ötən il üçün Azərbaycanda ən yaxşı məşqçi odur.

- Bəziləri Roman Qriqorçukun adını çəkir. Çünki, "Qəbələ" ilk dəfə ardıcıl dörd mərhələ keçməklə qrupda düşdü..
- "Qəbələ" doğrudan böyük nəticə göstərdi. Amma ilin məşqçisi üçün bir-iki ay deyil, il boyu nəticə olmalıdır. Qrupa düşdü, amma sona qədər normal oyun sərgiləmədi. Çempionat matçlarında da o qədər fəal olmadı. İki cəbhədə yarışmaq klub üçün ciddi problemlər yaratdı. "Qarabağ" isə ikinci dəfə qrup mərhələsinə vəsiqə qazandı. Son tura qədər komandanın qrupdan çıxmaq şansı qalırdı. "Qəbələ"dən fərqli olaraq, "Qarabağ" il boyu yaxşı oynadı.

- 2015-ci ilin futbolçusu kimi hesab edirsiniz?
- Bu il yeni kəşflər olmadı. Bəzi ötən illərin yaxşıları isə gerilədi. Bu mənada ilin futbolçusu kapitan Rəşad Sadıqovu hesab edərdim. Həm millidə, həm klubda fədakarlıqla seçildi. Avrokuboklarda lider kimi özünü göstərdi. Ona görə Sadıqov ilin ən yaxşısıdır.

- Sadıqov Azərbaycan millisində 100-dən çox oyun keçirib. Çoxları düşünür ki, klub karyerasını başa vursa, "Qarabağ" üçün çətin olacaq...
- Rəşad doğrudan yaxşı futbolçudur. Onun istənilən qərarına hörmətlə yanaşmalıyıq. Karyerasını başa vursa, bunu qəbul etməliyik. Bilirsiniz, əvəzolunmaz futbolçu yoxdur. Maradona futboldan getdi, Messi gəldi. Sabah Messi olmayacaq, başqası meydanı zəbt edəcək. "Qarabağ"da hər bir futbolçu klub üçün vacibdir. Lakin əvəzolunmaz yoxdur.

- Vaxtı ilə futbolçusu olduğunuz "Neftçi"də Samir Əliyev istefa verdi. Onun əvəzinə Əsgər Abdullayev təyin olundu. Onun rəhbərliyi altında komanda yaxşı nəticə qazansa belə, rəhbərlik əcnəbi məşqçi axtarışını davam etdirir...
- İndi Azərbaycan futbolunda peşəkar olmayan insanlar çoxdur. Belə deyim var, "başqasının bağşasındakı çiçək daha ətirli olur". Razıyam, Samir Əliyevdə bir qədər alınmadı. Amma təəssüflənməyə dəyməz. Həmin dövr "Neftçi"də işləmək asan deyildi. Onun gələcəyi qarşıdadır. Yaxşı məşqçi olacağına inanıram. Əcnəbi məşqçi məsələsinə gəlincə, rəhbərlik qərar qəbul edir. Onların işinə qarışmaq istəməzdim. Mənim fikrimə gəlincə, Abdullayev qalmalıdır. O, təcrübəlidir, futbolumuzu bilir. Qazandığı nəticələr təsadüfi deyil. Əcnəbi məşqçi əlavə büdcə istəyəcək, yeni futbolçular tələb edəcək. Olmaz ki, elə bu komandanı gücləndirsinlər və Abdullayev ilin sonuna qədər komandada qalsın? Bu məşqçi komandanı yeni səviyyəyə qaldırmağı bacaracaq.

- Yeni mövsüm Premyer Liqada klubların sayını artırmaq istəyirlər. Sizcə, 14 və ya daha çox komandayla çempionat daha maraqlı olacaq?
- Daha çox klub daha çox xərc, əlavə nəqliyyat, səfərlər, oyunlar deməkdir. Amma keyfiyyət tam başqadır. Çempionatın səviyyəsini yüksəltmək üçün indiki reqlament pis deyil. 10 komanda dörd dövrəli sistemdə yaxşı mübarizə nümayiş etdirmək olar. Amma rəqabət yoxdur. Yalnız iki komanda liderlik uğrunda yarışır. O birilər üçlüyə düşməyə cəhd göstərir. Belə çempionatda çıxış edən klublardan avrokuboklarda daha böyük nəticə gözləmək düzgün deyil. Avrokubokda il ərzində 6-7 oyun keçirirsən. Axı çempionat matçlarında da rəqabət görməlisən.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.