Sumqayıt Kamran Ağayevə müqavilə təklif etməyə hazırdır
Türkiyənin "Karşıyaka" klubundan ayrılaraq Bakıya qayıdan Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev hazırda "Sumqayıt"ın düşərgəsində məşq keçir. Azerisport.az xəbər verir ki, o, bu komandada formasını qorumaq üçün hazırlaşır.
Bəs görəsən, "Sumqayı" onu transfer etməkdə də maraqlıdırmı? Bu sualla klubun prezidenti Kamran Quliyevə müraciət etdik. O, saytımıza açıqlamasında bunları söyləyib:
"Kamran ilk dəfə deyil "Sumqayıt"ın düşərgəsində məşq edir. Biz ona hər cür şərait yaratmışıq. Əsas komandamızla birgə hazırlaşır. Amma gələcək karyerası ilə bağlı heç nə bilmirəm. Çünki bu barədə heç bir söhbətimiz olmayıb. Kamran mövsümün sonunadək oynamaq üçün komanda axtarırsa, biz ona müqavilə təklif etməyə hazırıq. Əlbəttə, bizim təklif etdiyimiz məbləğ elə də böyük deyil. Lakin "Sumqayıt"ın da büdcəsi belədir".
