16 dekabr 2015 12:00
İnterdə yeni Müşahidə Şurası olacaq
Azərbaycan Beynəlxalq Bankı növbəti illərdə də paytaxtın "İnter" klubuna sponsorluq edəcək. Azerisport.az bankdakı mənbələrə əsasən xəbər verir ki, hazırda yeni müqavilə hazırlanır.
Yanvar ayında klubla yeni razılaşmanın imzalanacağı planlaşdırılır. Bundan sonra "İnter"in Müşahidə Şurasının yeni üzvləri ictimaiyyətə təqdim olunacaq. Klubun rəhbər vəzifələrində də dəyişikliklərin olacağı istisna edilmir.
Qeyd edək ki, Müşahidə Şurasının yeni üzvləri dəqiqləşəndən sonra əksər futbolçularla müqavilələr yenilənəcək.
