16 dekabr 2015 11:30

Mirzağa Hüseynpur: Qarabağa yenə qol vurmaq istəyirəm

"Sumqayıt"ın hücumçusu Mirzağa Hüseynpur Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Liderlə oyundan nə gözləyirsiniz?
- Bu, çox çətin oyun olacaq. Rəqibə hörmətlə yanaşırdıq. "Qarabağ" bizim fəxrimizdir. Təəssüf ki, onlar Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilmədilər. Baş məşqçimizin dediyi kimi oynayacağıq. Biz hər bir rəqibə hörmətlə yanaşırıq, amma heç kimdən qorxmuruq.

- Qələbə qazanmaq üçün nə etməyi planlaşdırırsınız?
- Qol buraxmamalı və rəqib qapısına yol tapmalıyıq. Bu vəzifənin öhdəsindən gələ bilsək, uğur qazanacağıq. Öz oyunumuzu sərgiləməli, oyun intizamımızı pozmamalıyıq.

- Birinci dövrədə məhz sizin qolunuz sayəsində "Sumqayıt" "Qarabağ"a qalib gəlmişdi. Bu dəfə də qol vura biləcəksiniz?
- "Qarabağ"a vurduğum həmin qolu heç vaxt unutmayacağam. Amma bu qol bütövlükdə komandamızın əziyyətinin bəhrəsi idi. Şadam ki, həmin vaxt üç xal qazanmağımızda əməyim oldu. "Qarabağ"a yenə qol vurmaq istəyirəm. Amma əsas olan bu deyil. Əsas komandamızın qələbə qazanmasıdır. Bunun üçün əlimdən gələni edəcəyəm.

- "Qarabağ"ın "Zirə" ilə oyunu göstərdi ki, bu komanda hələ yorğundur. Siz də bundan yararlana biləcəksiniz?
- Biz də bunu yaxşı anlayırıq. "Qarabağ" "Anderlext"lə oyundan sonra yorğun idi. Amma bizimlə görüşə artıq təzə güclə çıxacaqlar. Bu üzdən də bizi çox çətin oyun gözləyir.

- "İnter" üzərində qələbə qazandığınız son oyunla bağlı nə deyə bilərsiniz?
- Şadam ki, həmin görüşdən qalib ayrıldıq. Bizə bu üç xal çox lazım idi. "İnter"ə hörmətlə yanaşırdıq, çox güclü komandadır. Biz hər bir rəqibə hörmətlə yanaşırıq. Amma bizim üçün hər şeydən önəmli komandamızın oyunudur. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdiyimiz üçün şadam.

- Bu qələbə sizin üçün gözlənilməz olmadı?
- Biz digər görüşlərdə olduğu kimi, həmin oyunda da qələbə qazanmağı çox istəyirdik. Məsələn, 15-ci turun "Kəpəz"lə oyununda (2:2) bizim bəxtimiz gətirmədi, 95-ci dəqiqədə qol buraxaraq qələbəni əldən verdik. Halbuki, yaxşı oynamışdıq və qələbə qazanmağa yaxın idik. Elə "Qəbələ" ilə oyunda da (2:2) oxşar aqibətlə üzləşmişdik.

- Keçmiş komandanıza qarşı oynadığınızı nəzərə alsaq, əlavə motivasiya var idi?
- Mənim üçün adi görüşlərdən biri idi. Həm də "İnter"dən gedəndən sonra onlara qarşı ilk dövrədə oynamışdım. Mən sadəcə, "Sumqayıt"a kömək etmək barədə düşünürdüm.

- "Sumqayıt"ın cari mövsümdəki çıxışını necə qiymətləndirərdiniz?
- Hər şeydən öncə, azarkeşlərə təşəkkür etmək istəyərdim. Onlar həmişə bizimlədir. İtirilmiş xalları nəzərə almasaq, "Sumqayıt" çox yaxşı oynayır. Amma hələ də öz üzərimizdə çox çalışmalıyıq. Samir Abasovun rəhbərliyi altında düzgün yolla irəliləyirik. Komandaya növbəti ildə də uğurlar arzulayıram. Biz "Sumqayıt"ın turnir cədvəlində daha üst pillələrdə qərarlaşması üçün çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.