16 dekabr 2015 11:00
Əmirquliyev üçün Qarabağ və Qəbələ variantı
"Xəzər Lənkəran"dan ayrılacağı dəqiqləşən Rahid Əmirquliyevin 2016-cı ildə hansı klubda oynayacağı ilin sonuna qədər dəqiqləşəcək. Azerisport.az xəbər verir ki, artıq iki klub Əmirquliyevin transferində maraqlı olduğunu açıqlayıb.
Bunlar "Qarabağ" və "Qəbələ"dir. Cənublularla yollarına ayırandan sonra Əmirquliyev son qərarını verəcək. Futbolçunun daha sərfəli təkliflə razılaşacağı gözlənilir.
Qeyd edək ki, Xorvatiyanın "Riyeka" klubu da Rahid Əmirquliyevin xidmətində maraqlıdır. Danışıqların növbəti mərhələsi futbolçunun özündən asılıdır.
