16 dekabr 2015 00:20
İqor Ponomaryov: Maşallah Əhmədov haqda xəbər mənə pis təsir etdi
Azərbaycan millisinin sabiq baş məşqçisi, olimpiya çempionu İqor Ponomaryov "Neftçi"də birgə çıxış etdikləri Maşallah Əhmədovun həbs olunması xəbərinə münasibət bildirib. Ponomaryov azerisport.az saytına açıqlamasında yazılanlara inanmaq istəmədiyini deyib:
"Maşallah Əhmədov haqda xəbər mənə pis təsir etdi. Məlumatın doğru olub-olmadığını öyrənmək üçün dərhal Oqtay Abdullayevlə telefon əlaqəsi saxladım. Uzun illər "Neftçi"də birgə çıxış etmişik. Əhmədov yadımda vicdanlı, şən insan kimi qalıb. Yazılanlara inanmaq istəməzdim. Tez bir zamanda problemin yaxşı məcrada həll olunmasını istərdim".
