Qarabağa qanunsuz rəqib olan komandanı avrokuboklardan uzaqlaşdırdılar
Hollandiya Futbol Federasiyası "Tvente"ni avrokuboklardan üç illik uzaqlaşdırıb. Azerisport.az xəbər verir ki, Enshede klubuna həm də 45 000 avro cərimə kəsilib.
Bu barədə qurumun rəsmi saytında məlumat yayılıb. Məlumatda bildirilir ki, "Tvente" "Doyen Sports" şirkəti ilə əməkdaşlıq etsə də, bu barədə lisenziya komitəsinə məlumat verməyib. Belə olan halda Hollandiya klubu 2014/15 mövsümündə avrokuboklarda iştirak etmək barədə qanunsuz icazə almış olub.
Xatırladaq ki, ödən mövsüm bu komanda Avropa Liqasında mübarizəyə birbaşa pley-off mərhələsindən başlamışdı. O vaxt bu klub Azərbaycan çempionu "Qarabağ"la üz-üzə gəlmişdi. Bakıdakı oyun 0:0, Enshededəki qarşılaşma isə 1:1 hesabıyla başa çatdığından, Ağdam təmsilçisi qrup mərhələsinə vəsiqə qazanmışdı.
