15 dekabr 2015 19:00
Azərbaycanın rəqibləri bəlli oldu
Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirin növbəti mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, 1998-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə Azərbaycan yığması da mübarizə aparacaq.
Püşkə əsasən, Azərbaycan yığması C qrupunda Sloveniya, Latviya və Bolqarıstanla mübarizə aparacaq.
A qrupunda yerli Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya və Litva, B qrupunda isə Finlandiya, Rusiya, Estoniya, Qazaxıstan və Moldova yarışacaq.
Qeyd edək ki, bu turnir yanvarın 2-dən 13-dək Sankt-Peterburqda keçiriləcək.
